Piyadanı vurub ÖLDÜRDÜ
14 Dekabr 2025, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
816
31.01.2025, 12:40
Ötən ilin yayında Nərimanovda “Metro Park”ın qarşısında baş verən silahlı insidentin məhkəmə araşdırması başa çatıb.
Oxu24.com un məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm elan edilib.
Belə ki, qazaxlı həmkəndlilərin Bakıdakı davası birinin ölümü ilə nəticələnib.
Hadisə 2024-cü il iyunun 26-sı axşam saatlarında baş verib. 24 yaşlı Tural Kosayev və əvvəldən tanıdığı 21 yaşlı İsmayıl Allahverdiyev ayrı-ayrı avtomobillərlə hadisə yerində olublar. Həmin vaxt Tural xanımla olub. Cinayət də onun gözləri qarşısında baş verib.
Həmkəndlilər arasındakı sözlü mübahisə yavaş-yavaş daha da qızışıb. Tural getmək istəyərkən İsmayıl belindəki silahı çıxarıb onu güllələyib. Ağır yaralanmış gənc elə yerindəcə ölüb.
Xüsusi amansızlıqla törədilən cinayətə görə İsmayıl həbs edilib. İfadəsindən onun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olduğu məlum olub. Elə bu səbəbdən onun işinə hərbi məhkəmədə baxılıb.
Prokuror təqsirləndirilən şəxsin 18 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.
Həmçinin oxuyun
Qətlə yetirilən şəxsin yaxınları isə 18 il yarımla razılaşmır, ömürlük azadlıqdan məhrum etmə istəyirlər.
“Bu adam ictimai-təhlükəli üsulla cinayət törədib. Təqsirləndirilən üzr istəməsini tələb edib, zərərçəkmiş də qəbul etməyib. Buna görə adam öldürürlər? Heç kim deyə bilməz ki, bu adam azadlığa çıxandan sonra cinayət törətməyəcək. Ona görə ömürlük həbs istəyirik”, - zərərçəkmiş tərəfin vəkili Ceyhun Məmmədov deyib.

Müttəhim son sözündə əməlindən peşmanlığını dilə gətirib: “İstəməzdim belə olsun. Əgər Turalı öldürmək istəsəydim, elə bunu təklikdə edərdim. Çünkü hadisədən bir az əvvəl birlikdə kafedə oturmuşduq. Yeganə səbəb məni təhqir etməsidir. Son olaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edirəm”.
Zeynal Ağayevin sədrlik etdiyi hakimlər dəlil və sübutları araşdırdıqdan, şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsə verilmiş ittihamların əsaslı olduğunu təsdiq ediblər.
Hökmə əsasən, İsmayıl Allahverdiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 17 il azadlıqdan məhrum edilib.
13:58 / 14 Dekabr 2025
12
13:27 / 14 Dekabr 2025
30
13:18 / 14 Dekabr 2025
33
13:09 / 14 Dekabr 2025
36
12:54 / 14 Dekabr 2025
231
12:18 / 14 Dekabr 2025
408
12:06 / 14 Dekabr 2025
817
11:38 / 14 Dekabr 2025
50
11:30 / 14 Dekabr 2025
566
11:22 / 14 Dekabr 2025
33
10:43 / 14 Dekabr 2025
855
10:33 / 14 Dekabr 2025
83
10:20 / 14 Dekabr 2025
75
09:40 / 14 Dekabr 2025
76
09:15 / 14 Dekabr 2025
219
08:58 / 14 Dekabr 2025
149
08:46 / 14 Dekabr 2025
205
08:43 / 14 Dekabr 2025
75
01:21 / 14 Dekabr 2025
1493
00:52 / 14 Dekabr 2025
1123
00:43 / 14 Dekabr 2025
184
00:04 / 14 Dekabr 2025
1757
23:47 / 13 Dekabr 2025
1930
23:44 / 13 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.